Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının daha bir iştirakçısı bəlli olub.
Teleqraf.com xəbər verir ki, Cənubi Koreya millisi mundialın final mərhələsində oynamaq hüququ qazanıb.
Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun VIII turunda səfərdə Suriyanı 2:0 hesabı ilə məğlub edən Paulu Bentunun başçılıq etdiyi kollektiv xallarını 20-yə çatdıraraq, sona 2 tur qalmış ən azı ikinci pilləni təmin edib.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək Cənubi Koreya seçməsi ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina və İran da final mərhələsinə vəsiqə əldə edib.