19 Fevral 2022 21:52
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un ilk mərhələsi olan “Airthigs Masters” turnirində mübarizəyə başlayır.

Teleqraf.com xəbər verir ki, şahmatçımız turnirin birinci günündə 4 turda iştirak edəcək.

Şəhriyar Məmmədyarov ilk 3 turda rusiyalı şahmatçılar Andrey Yesipenko, Yan Nepomnyaşi və Aleksandra Kostenyuk ilə mübarizə aparacaq. Günün son partiyasında şahmatçımız almaniyalı Vinsent Keymer ilə qarşılaşacaq.

Yarışın ilkin mərhələsi dairəvi sistemlə keçiriləcək və 16 oyunçudan yalnız 8-i pley-offa yüksələcək. Turnir fevralın 26-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər