29 May 2022 12:10
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya "Barselona"sı "Real Madrid"i Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkə vasitəsilə ünvanlanan təbrikdə deyilir:

"Real Madrid"i "Stad de Frans"da qazandığı Çempionlar Liqası titulu münasibətilə təbrik edirik".

Qeyd edək ki, "Real Madrid" finalda İngiltərə "Liverpul"una qalib gəlib - 1:0.


Müəllif: Teleqraf.com