10 Avqust 2022 19:35
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Teleqraf.com xəbər verir ki, 67 kq-da yarışan idmançı yarımfinalda Mərakeşli Safi Salihə qalib gəlib.

Bu isə o deməkdir ki, Əzizova ən azı gümüş medalı özü üçün təmin edib.

18:32

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

49 kq-da çıxış edən taekvondoçu Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər