28 Avqust 2022 20:37
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edib. Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu kollektivin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:19, 25:13).

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

28 avqust

18:00. Azərbaycan - Avstriya - 3:0 (25:19, 25:19, 25:13)

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)

Bakı, Voleybol Mərkəzi

3 turdan sonra Azərbaycanın 9 xalı var. Əvvəlki iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Əvvəlki matçlarda Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.

Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər