“Qarabağ”dan ayrılıb Fransanın “Sent Etyen” klubuna keçən hücumçu İbrahima Vadji Ağdam klubu ilə vidalaşıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.
Vadji “Qarabağ” formasında komanda yoldaşları ilə paylaşdığı fotosuna vida sözləri yazıb: “Hər kəsə salam. Bu bir vida mesajıdır. Gözlənilməz ayrılıq səbəbindən sizinlə üzbəüz sağollaşa bilmədim. Amma bilin ki, “Qarabağ”dan çox gözəl xatirələri özümlə aparıram. Çox tez bitsə də, böyük macəra idi. Hər şey üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Vadji “Sent Etyen”lə 3 illik müqavilə imzalayıb.