Futbol üzrə Qana millisinin baş məşqçisi Otto Addo istefa verib.
Teleqraf.com xəbər verir ki, 47 yaşlı mütəxəssis yığmanın Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşmasından sonra vəzifəsindən ayrılıb.
Afrika təmsilçisi H qrupunu 3 xalla sonuncu pillədə başa vuraraq, mundialda mübarizəni dayandırıb.
Qeyd edək ki, Otto Addo bu ilin fevralından Qana seçməsinə rəhbərlik edirdi.