Ötən ildə fubol mövsümünün dünyada ən yaxşıları hesab olunan hakimlərin adı bəlli olub. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2014-cü ilin ən yaxşı 10 hakiminin adını açıqlayıb.
Teleqraf.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, italiyalı hakim Nikola Ritsoli IFFHS-in tərtib etdiyi reytinqdə 131 xalla birinci olub.
N.Ritsoli 2014-cü ildə Braziliya keçirilmiş dünya çempionatının final oyununu idarə edib.
İngiltərəli Hovard Ueb 78 xalla sıyahının ikincisidir. Almaniyalı ədalət təmsilçisi Feliks Brix (61 xal) isə ilk üçlüyü tamamlayır. Rövşən İrmatov (Özbəkistan - 37 xal) beşinci, Cüneyt Çakır isə (Türkiyə - 13 xal) səkkizinci olub.
Qeyd edək ki, 2013-cü ildə ən yaxşı hakim adına H.Ueb layiq görülmüşdü.