"İki ay sonra Bakıda keçiriləcək atçılıq yarışları üzrə dünya çempionatına qatılmaq üçün 32 ölkə bizə müraciət ünvanlayıb. Onlardan biri də Ermənistandır".
Bu barədə Teleqraf.com-a Azərbaycan Atıcılıq Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iştirak üçün formanı hazırlayıb göndərən bütün komandalara eyni cavab verilib: "Bu il Bakıda 60-dan çox ölkənin qatıldığı Dünya Kuboku gerçəkləşib. Həmin yarış böyük uğurla və hər kəsin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə baş tutub. 100-dən artıq ölkənin mübarizə aparacağı dünya çempionatının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan irəli gəlir".
Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən, sentyabrın 3-dək davam edəcək.