28 İyun 2023 18:12
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 28-də Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində yoqa təlimi keçirilib.

Teleqraf.com xəbər verir ki, hindistanlı mütəxəssisin rəhbərliyi ilə Bakı Konqres Mərkəzində keçirilən təlimin iştirakçıları yoqanın sirləri, yoqa fəndləri haqqında müxtəlif məlumatlar öyrəniblər.

Həmçinin MINEPS VII konfransı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə paytaxtımızda "Səhər marafonu" adlı qaçış da təşkil edilib.

Nazir Fərid Qayıbovun da qoşulduğu marafonda iştirakçılar Ağ şəhərdə yerləşən “Bulvar otel”in qarşısından start götürməklə 3 kilometr məsafəyə qaçıblar.

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Bakı Konfransı iyunun 29-dək davam edəcək.


Müəllif: Teleqraf.com