UEFA İtaliyanın "Roma" klubunu 5 milyon avro məbləğində cərimələyib.
Teleqraf.com "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, buna paytaxt təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.
Klub iyunun 30-dək 28 milyon avrodan çox kapital qazana bilmədiyi üçün cəza ilə üzləşib.
Bildirilib ki, "canavarlar" daha ciddi sanksiyalarla - avrokuboklardan kənarlaşdırma və 50 milyon avroyadək cərimə ilə də hədələnib.
Qeyd edək ki, "Roma" başa çatan mövsümdə UEFA Avropa Liqasının finalında İspaniyanın "Sevilya" komandasına 1:2 hesabı ilə uduzub.