24 Avqust 2023 22:39
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq 25 gündür ki, intensiv iş rejimindəyik. Heç vaxt belə rejimdə mübarizə aparmamışam. Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiyada mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən son oyunlarda istədiyim oyunu göstərə bilmədim. Bununla belə böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov yarışın rəsmi saytına açıqlama verib.

Karyerasında ilk dəfə Dünya Kubokunda yarımfinala qədər şahmatçı yorğun olduğunu etiraf edib:

Azərbaycan şahmatçısı ona dəstək olan insanlara təşəkkür edib:

“Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə minnətdaram. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacağam”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər