24 Avqust 2023 23:11
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubu Sloveniyada "Olimpiya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, "köhlən atlar" bu barədə rəsmi feysbuk hesabından paylaşın edib.

"Hörmətli azarkeşlər, "Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır", - deyə yazıda vurğulanıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Qarabağ" 2:0 hesabı ilə öndədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər