“Mançester Siti” klubu bu mövsüm ilk dəfə məğlubiyyət acısı yaşayıb.
Teleqraf.com xəbər verir ki, İngiltərə Liqa Kubokunda “Nyukasl”la üz-üzə gələn “Şəhərlilər” meydanı məğlub tərk ediblər.
Matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolu İsak vurub.
Beləliklə, bu mövsüm bütün turnirlərdə keçirdiyi ümumilikdə 6 oyunda qələbə qazanan Quardiolanın yetirmələri ilk məğlubiyyətlərini alıblar.