7 Noyabr 2023 00:57
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Qarabağ” və Almaniya “Bayer”i arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə klubdan bildiriblər.

Məlumata əsasən, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər