Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Neftçi Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb. Qonaqlarda Masaki Murata 56-cı dəqiqədən tarazlığı bərpa edib. 69-cu dəqiqədə Roi Kehat "Sumqayıt"ın ikinci qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədəki "Səbail"ə çatıb. "Ağ-qaralar" 18 xalla altıncı sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.