21 Dekabr 2023 18:19
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə olmağım həyatımda ən unudulmaz günlərdən biridir.

Teleqraf.com xəbər verir ki, bunu keçmiş futbolçu Ruslan Abışov deyib.

"Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və ordumuza təşəkkür edirəm. Xankəndidə matç olması çox əlamətdar hadisədir. Buraya gələn hər kəs bu gözəllikdən zövq alır. Bu tarixi anın canlı şahidi olduğum üçün çox xoşbəxtəm", - deyə o bildirib.

Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.Günün ilk matçı Xankəndidə olub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayıb. Oyun "Qarabağ"ın qələbəsi ilə 1-0 başa çatıb.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər