23 Dekabr 2023 17:42
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə 7-ci yeri tutublar.

Teleqraf.com-un “judobase.ijf.org” saytına istinadən məlumatına görə, böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə ediblər.

Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olub. Dünyanın yalnız 6 ölkəsinin cüdoçuları bu baxımdan Azərbaycanı qabaqlaya biliblər. Bunlar Fransa, Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan və Almaniyadır.

Medal sıralamasında birinci yeri 132 qızıl, 129 gümüş, 222 bürünc medalla Fransa tutub.

İlk “10-luq” aşağıdakı kimidir:

1. France – 132 qızıl / 129 gümüş / 222 bürünc

2. Braziliya – 123 / 94 / 159

3. İtaliya – 78 / 82 / 131

4. Yaponiya – 74 / 36 / 39

5. Qazaxıstan – 71 / 86 / 167

6. Almaniya – 67 / 67 / 123

7. Azərbaycan – 64 / 47 / 96

8. Özbəkistan – 63 / 60 / 110

9. Kanada – 63 / 52 / 83

10. Cənubi Koreya – 62 / 46 / 76

Qeyd edək ki, sıralama qızıl medalların sayına əsasən müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər