22 Yanvar 2015 12:07
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real Madrid klubu, 16 yaşındakı Norveçli hücumçu Odegaard'ı transfer etdiyini açıqladı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Real Madrid” klubunun rəsmi internet saytından məlumat verilib. Klub 16 yaşlı Odegaardla ilə 6 illik sözləşməyə imza atıb.

“Real Madrid” bu gün həkim müayinəsindən keçdikdən sonra Norveçli futbolçunu mətbuata təqdim edəcəyini bildirib.

Norveç mətbuatı Odegaardin 2 milyon avroluq məvacib alacağını bildirib. Odegaardın ilkin mərhələdə İspaniya 3-cü liqasında mübarizə aparan və baş məşqçisi Zinəddin Zidan olan “Real Madrid Castilla”da məşqlərə çıxacağı bildirilib.

Qeyd edək ki, 15 yaşında meydana çıxan Odegaard Norveç futbol tarixində 1-ci liqada oynayan ən gənc futbolçu olub.

Rüstəm


Müəllif: