22 Aprel 22:42
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lamin Yamalın zərbəsindən sonra hakimlərin səhvən qolu nəzərə almadıqları sübut olunarsa, “Barselona” İspaniya çempionatının “Real Madrid”ə qarşı oyununun təkrar keçirilməsini tələb edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Kataloniyanın “Barselona” klubunun prezidenti Joan Laporta deyib.

“Əgər bunun təmiz qol olduğu təsdiqlənərsə, təkrar oyunu tələb edəcəyimizi istisna etmirik. VAR-ın səhvinə görə bu hal artıq Avropa çempionatlarının birində baş verib”, - Laporta bildirib.

Xatırladaq ki, görüş “Real Madrid”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər