"Qarabağ" növbəti transferini reallaşdırıb.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, bir müddətdir İspaniyanın "Alkorkon" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib. Klubla 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.
Xatırladaq ki, Ağdam təmsilçisi bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalskini də transfer edib.