Romelu Lukaku karyerasını "Napoli"də davam etdirəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, neapolullar "Çelsi" ilə ortaq məxrəcə gəliblər.
Transferin dəyəri 30+15 milyon avro olacaq. Belçikalı forvardın "Napoli" ilə 3 illik müqavilə bağlayacağı bildirilib.
Qeyd edək ki, Lukaku son mövsümü icarə əsasında "Roma"da keçirib. O, 47 oyunda 21 qol vurub, 4 ötürmə edib.