25 Avqust 00:05
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvay çempionatında 24 və 25 avqust tarixlərində keçiriləcək bütün matçlar ləğv edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb avqustun 22-də "Nacional"ın müdafiəçisi Xuan İzkyerdonun braziliyalı "San Paulo"ya qarşı Libertadores kubokunun 1/8 final mərhələsinin cavab matçında huşunu itirməsi və xəstəxanaya yerləşdirilməsi olub.

Oyunçunun huşunu itirməsinə səbəb onun ürək ritminin pozulması olduğu qeyd edilir.

Hadisədən sonra Uruqvay Peşəkar Futbolçuların Hüquqlarını Müdafiə Assosiasiyası (MUFP) bu həftə sonu üçün planlaşdırılan peşəkar futbol fəaliyyətini dayandırmaq qərarına gəlib. Onlar İzquierdonun incə sağlamlıq vəziyyətini nəzərə almağa çağırıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər