Azərbaycan Kubokunda keçirilən “Göygöl” – “Hypers Quba” oyununda maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, meydan sahiblərinin futbolçusu Fərid Soltanzadə rəqib qapısına təyin olunan penaltiyə fərqli sevinib.
O, hakimin bu qərarına onu öpərək təşəkkür edib.
Qeyd edək ki, qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.