13:58
216
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Liqada çıxış edən “Mingəçevir” klubu ilə azərbaycanlı iş adamı Adnan Əhmədzadəyə məxsus ASTA (Azerbaijan Sport Talents Academy) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Teleqraf.com xəbər verir ki, tədbirdə ASTA-nın prezidenti Rafael Bünyatov, “Mingəçevir” klubunun İdarə Heyətinin sədri Nurlan Əhmədov və Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev iştirak ediblər.

T.Piriyev deyib ki, bugünkü müqavilə ilə “Mingəçevir” klubunun idarəçiliyi ASTA-ya keçir.

O, bir neçə təklif arasında “Mingəçevir” variantı üzərində dayandıqları bildirib. T.Piriyev Gənclər və İdman Nazirliyinin çox yaxşı şərtlərlə Mingəçevir şəhər stadionunu klubun uzunmüddətli istifadəsinə verdiyini açıqlayıb. O, nazirliyə və AFFA-ya təşəkkürünü bildirib.

T.Piriyev indiyədək “Turan Tovuz”, “İmişli” və “Zaqatala” klubları üçün də sponsor tapdıqlarını xatırladıb.

ASTA-nın prezidenti Rafael Bünyatov onlara bir neçə klubun təklif olunduğunu, lakin keçmiş SSRİ vaxtında Mingəçevirdə Olimpiya bazası olduğu və digər imkanlarını nəzərə alaraq, eyniadlı klubu seçdiklərini diqqətə çatdırıb.

ASTA-nın 2 ildir fəaliyyət göstərdiyini söyləyən Bünyatov hər il 15-dək uşağı İspaniyada “Marset” akademiyasında göndərdikləri vurğulayıb. O, qarşıdakı 2 il ərzində klubu Azərbaycan Premyer Liqasına hazırlamaq, uşaq futbol akademiyası qurmaq və regionu futbol ətrafında birləşdirmək, yeni iş yerləri açmaq istəklərini dilə gətirib.

Çıxışlardan sonra imzalanma mərasimi gerçəkləşib. Müqaviləni N.Əhmədov, T.Piriyev və R.Bünyatov imzalayıblar.

Qeyd edək ki, tərəfdaşlıq müqaviləsinin vasitəçisi FİF-dir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər