“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə qarşılaşacaq Azəbaycan milli komandasının heyəti açıqlanıb.
Bu barədə Teleqraf.com AFFA-nın saytına istinadən məlumat yayıb.
Prosineçki millimizdəki rəsmi debüt oyunu üçün 24 futbolçuya dəvət göndərib. Maraqlıdır ki, həmin oyunçular arasında “Neftçi”dən bir nəfər belə yoxdur.
Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Sumqayıt")
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Mahir Şükürov (“Karşıyaka”, Türkiyə)
Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov, Cavid Tağıyev (hamısı “Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya)
Hücumçular: Eddi İsrafilov (“Qranada”, İspaniya), Ruslan Qurbanov (“Hayduk”, Xorvatiya), , Məhəmməd Qurbanov (“Sumqayıt”), Vaqif Cavadov (“Boluspor”, Türkiyə), Vüqar Nadirov (“Qarabağ”).