31 Mart 2015 18:25
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal son zamanlar haqqında tənqidi fikirlər söyləyənlərə cavab verib.

Qol.Az-ın məlumatına görə, klubun televiziyasına danışan hollandiyalı mütəxəssis diktator kimi göründüyünü, ancaq çox sakit və güzəştə getməyi bacaran insan olduğunu bildirib:

"İnsanlar mənim diktator olduğumu düşünürlər. Ancaq mən diktator deyiləm. Sakit və güzəştə getməyi bacaran biriyəm. Həyat yoldaşım da bunu bilir. İşimə gəlincə "Mançester Yunayted"dəki fəaliyyətim Hollandiya yığması və "Bavariya"da olduğundan fərqlidir. Futbol fəlsəfəmə sadiq qalmalıyam. Lakin kluba və oyunçulara görə bəzən dəyişikliklər etməli oluram".

Qeyd edək ki, daha öncə Frank Riberi və Xristo Stoiçkov Lui van Qal haqda tənqidi fikirlər səsləndirmişdi.


Müəllif:

Oxşar xəbərlər