1 Aprel 2015 17:32
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırlıq matçında Lüksemburqu 2:1 hesabıyla məğlub edən Türkiyə millisinin üzvləri qarşılaşmadan sonra evə qayıtmaq üçün hava limanina gediblər. Çex Respublikasının hava yollarındakı sıxlıq səbəbiylə təyyarə təxminən bir saat gecikib.


Publika.az xəbər verir ki, Türkiyə millisi və az sayda jurnalist təyyarənin uçmasını gözləyərkən Arda Turan pilot kabinəsinə gedərək həm kapitan ilə tanış olub, həm də uçuşla bağlı maraqlanıb. “Atletiko”nun futbolçusu mühərriki işə salmağa da cəhd edib. Həmçinin təyyarənin ilk anonsunu da o edib:


"Sevgili milli komanda - kapitanınız danışır, bir azdan təyyarə havaya qalxacaq, kabinə heyəti, lütfən uçuş üçün yerinizi alın”.


Bununla kifayətlənməyən Arda uçuş zamanı da pilot kabinəsinə baş çəkib və anonsları davam etdirib.


Müəllif:

Oxşar xəbərlər