“PSJ”nin müdafiəçisi David Luiz Çempionlar Liqasının 1/4 finalı çərçivəsində “Barselona” ilə oynanılacaq ilk görüşdə meydana çıxmaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Braziliyalı futbolçu “Marsel”lə görüşdə sıradan çıxıb. Ombasından zədə alan müdafiəçi 33-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Bu gün Luiz tibbi müayinədən keçəcək. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalmaq təhlükəsi var.
“PSJ” və “Barselona” arasındakı ilk görüş aprelin 15-də oynanılacaq
Rüstəm