8 Aprel 2015 19:38
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maklaren"ə keçidi ilə tənqidlərə məruz qalan Fernando Alonso mətbuat nümayəndələrinin qarşısına çıxıb.


Teleqraf.com xəbər verir ki, bu barədə İspan pilot Çin Qran Prisi haqqındakı fikirlərini jurnalistlərlə bölüşüb:

"Çin Qran Prisi ilə əlaqədar xoş xatirələrim var. İki dəfə qalib olmuşam və bu trası çox xoşlayıram. "Sepanqa"da olduğu kimi, müxtəlif cür döngələr var. Ancaq oxşarlıqlara baxmayaraq, bu trasın bizim bolidlərə uyğun olduğunu düşünmürəm. Yaz vaxtı Şanxayda hava küləkli və sərin olur.

Avstraliya və Malayziya Qran Prilərini müqayisə etsəm, deyə bilərəm ki, irəliləyiş var. Bu, komandaya əlavə stimul verir. Ümid edirəm ki, Çində də irəliləyişimiz davam edəcək".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər