10 Aprel 2015 17:47
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roma"nın müdafiəçisi Kostas Manolas "Arsenal"ın maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

London klubunun məşqçilər qərargahı yunan futbolçunun son oyunlarındakı çıxışından razı qalıb. Bu səbəbdən də "Arsenal" rəhbərliyinin ən qısa müddət ərzində rəsmi danışıqlara başlayacağı gözlənilir.

Manolas 2014-cü ilin yayında 13 milyon avro qarşılığında "Olimpiakos"dan transfer edilmişdi.

Rüstəm


Müəllif: