Təcrübəli müdafiəçi Türkiyənin PTT 1-ci liqasında çıxış edən komandadan ayrılıb.
Teleqraf.com xəbər verir ki, millinin üzvü AVRO-2016-nın Malta ilə seçmə oyunundan sonra şərəfini qoruduğu "Karşıyaka" klubunun düşərgəsinə nəzərdə tutudulduğdan 3 gün gec qayıtdığı üçün baş məşqçi Ayhan Akman tərəfindən əsas komandadan kənarlaşdırılmışdı.
Mahir Şükürov Türkiyənin PTT 1-ci liqasında çıxış edən komandadan ayrılıb.
Qonşu ölkənin “Yeni əsr” qəzetinin verdiyi xəbərə görə, o, Türkiyə klubu ilə müqaviləni birtərəfli qaydada ləğv edərək İzmiri tərk edib.
Şükürov xarici pasportunda boş səhifə qalmadığı üçün Türkiyəyə gec qayıtdığını bildirib.
Rüstəm