17 Aprel 2015 12:05
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın hücumçusu Pedro Rodriqes "İnter"ə keçməyə razılıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Il Corriere dello Sport" məlumat yayıb.

Klublar arasında isə hələlik razılıq əldə olunmayıb. "Neradzurrilər"in ispan futbolçunun müqabilində qarşı tərəfə 16,5 milyon avro ödəyəcəyi gözlənilir.

Daha öncə "Barselona"nın Pedronun qarşılığında Mateo Kovaçiçi istədiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, cari mövsümdə 40 matçda meydana çıxan Pedronun aktivində 10 qol, 7 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: