Ötən gün Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması keçirilib.
Teleqraf.com xəbər verir ki, “Real” doğma meydanda “Yuventus”la münasibətlərinə aydınlıq gətirib.
İlk oyunda rəqibinə 1:2 hesabı ilə uduzan Madrid klubu bu məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyib. Turin təmsilçisi isə üstünlüyünü qoruyaraq 12 ildən sonra qitənin ən nüfuzlu klub turnirində finala yüksəlməyi bacarıb - 1:1.
Bu cütün qalibi finalda “Barselona” ilə üz-üzə gələcək.
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
13 may
“Real” (İspaniya) – “Yuventus” (İtaliya) - 1:1
Qollar: Ronaldo, 23 (pen)
Baş hakim: Yonas Eriksson (İsveç)
Stadion: “Santyaqo Bernabeu”, Madrid
İlk oyunun nəticəsi – 1:2
Rüstəm