24 May 2015 21:26
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Didye Droqba "Çelsi"dən ayrılır.

ANS PRESS-in məlumatına görə, bu barədə London klubunun hücumçusu Didye Droqba özü məlumat verib.

Onun sözlərinə görə, İngiltərə çempionatında “Sanderlend”ə qarşı matç onun bu komandada sonuncu oyunu olacaq. Bu barədə məlumat “Çelsi”nin saytında yayılıb. Bununla belə, Droqba karyerasını bitirmək fikrində olmadığını, başqa komandanın tərkibində heç olmasa daha bir mövsüm də oynayacağını deyib.

Xatırladaq ki, “Çelsi”-“Sanderlend” qarşılaşması bu gün Londonda keçiriləcək.


Müəllif: