"Real"ın baş məşqçisi Karlo Ancelotti bir il müddətinə futboldan uzaq qala bilər.
Teleqraf.com xəbər verir ki, jurnalistlərə açıqlama verən italyalı mütəxəssis fasilənin səbəbi barədə danışıb:
"Mən artıq bu barədə danışmışam, bir daha təkrarlamağa da hazıram: mən 1 il müddətinə futboldan uzaqlaşmaq istəyirəm. Bunun üçün kifayət qədər ciddi səbəbim var.
Çünki onurğa sütunu kanalının stenozuna görə əməliyyat olunmalıyam. Artıq əllərim əsməyə başlayıb. Vaxt itirə bilmərəm. Əks təqdirdə bu, ayaqlarıma da keçə bilər. Bu səbəbdən də əməliyyatı həkimlərlə razılaşdırmışam.
Düzünü desəm, hansı müddətə hərəkətsiz qalacağımı və bərpa prosesimin nə qədər davam edəcəyini bilmirəm.
Əməliyyat Vankuverdə keçiriləcək. Orada evimiz var. Hələlik istirahət edəcəm.
"Real"dakı iki ilim çox çətin keçdi. Madrid klubunu çalışdırmaq üçün əsəblərin möhkəm, fiziki gücün isə çox olmalıdı".
Rüstəm