13 İyul 2015 13:55
531

"Qalatasaray"ın ulduz futbolçusu Felipe Melo klubdan ayrılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, son günlər klubla münasibətlərində soyuqluq yaranan Melo ölkəsinə qayıdıb. Bununla bağlı futbolçunun meneceri Xose Rodrigez açıqlama verib.

Onun sözlərinə görə, hazırda Melonun İtaliyanın "İnter" klubuna transferi gündəmdədir.

Samir


Müəllif: