Təlim-məşq toplanışını Türkiyənin Afyon şəhərində davam etdirən “Neftçi” komandası daha bir futbolçunu baxışa çağırıb.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdir.
Məşqçilər korpusu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Borislav Stoyçev vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik" və "Beroe Stara Zaqora" klublarında çıxış edib. 28 yaşlı futbolçunun sonuncu klubu "Levski" olub.