31 İyul 2015 13:12
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın keçmiş futbolçusu Ştefan Effenberq 2016-cı ilin yayında Münhen klubu ilə müqaviləsinin müddəti bitəcək Pep Qvardiolanın yerinə hazırda işsiz olan Yurgen Kloppun gətirilməsini düzgün qərar hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Bu barədə "Bild" nəşri məlumat yayıb. Effenberq verdiyi açıqlama bunları deyib:

"Yurgen Kloppun namizədliyi haqqında düşünürəm. Hesab edirəm ki, bu, "Bavariya" üçün ən yaxşı alternativdi. Mən əminəm ki, Qvardiola 2016-cı ildən sonra klubda qalmayacaq".

Rüstəm


Müəllif: