“Kəpəz” heyətini dörd legionerlə gücləndirib.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Gəncə təmsilçisi ukraynalı hücumçu Oleksandr Sytnik, brazilyalı yarımmüdafiəçi Martins Junior Osvaldo Jose, portuqaliyalı cinah yarımmüdafiəçisi Da Silva Junior Dario Frederiko və litvalı qolkiper Tadas Simaitisi heyətinə cəlb edib.
Futbolçularla bir illik müqavilə bağlanılıb.
Əcnəbilər “sarı-göylər” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olarkən baxış üçün düşərgəyə dəvət olunub. Məşqçilər korpusu onları yoxlama oyunlarında sınaqdan keçirib.