Futbol üzrə Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Komandanı hazırda CSKA (Moskva) klubunun baş məşqçisi olan Leonid Slutski çalışdıracaq.
44 yaşlı mütəxəssislə "Avro-2016"nın seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. Slutski bu müddətdə həm Rusiya millisi, həm də CSKA klubunda baş məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Slutski Rusiya yığmasında ötən ay istefaya göndərilmiş Fabio Kapellonu əvəzləyib.