10 Avqust 2015 18:16
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə 23 yaşadək velosipedçilər arasında Avropa çempionatı başa çatıb. Yarış Azərbaycan yığma komandası üçün uğurlu nəticə ilə yadda qalıb.

Teleqraf.com xəbər verir ki, komandamızın üzvü, 21 yaşı ötən ay tamam olan Samir Cəbrayılov bu yaş qrupunda Azərbaycan velosipedinin ən yüksək nəticəsinə imza atıb. "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan idmançımız 161 km məsafəni Avropa çempionu titulunu qazanan slovakiyalı Erik Baska ilə eyni vaxtda başa vurub - 3 saat, 36 dəqiqə, 49 saniyə.

Fotofinişə əsasən Samir Cəbrayılov yekun sıralanmada 160 iştirakçı arasında 14-cü nəticə göstərib. Xatırladaq ki, ötən il İsveçrədə təşkil olunmuş anoloji yarışda Elgün Əlizadə gənclər arasında 12-ci olmuşdu.


Müəllif:

Oxşar xəbərlər