Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Publika.az xəbər verir ki, mərhələyə Qazaxıstanda start verilib. Yerli "Astana" Kipr APOEL-ini minimal hesabla məğlub edib - 1:0.
Günün ən maraqlı qarşılaşmalarından biri də İngiltərədə baş tutub. Burada keçən mövsüm ÇL-dən kənarda qalan "Mançester Yunayted" Belçika "Brügge"sini qəbul edib. Mankunianlar oyunun ilk dəqiqələrində hesabda geri düşsə də, sonradan Depayın dublu, Fellaininin isə son dəqiqə qoluyla 3:1 hesabıyla qalib gəliblər.
Digər maraqlı oyunda isə "Latsio" "Bayer"lə qarşılaşıb. Romalılar Keytanın matçın 77-ci dəqiqəsində vurduğu qolla minimal hesablı qələbəyə seviniblər.
Maraqlıdır ki, ÇL-in pley-off mərhələsinin ilk 5 oyunundan sonra cavab oyunu öncəsi böyük üstünlük əldə edən komanda olmayıb.
Çempionlar Liqası, pley-off mərhələsi
18 avqust
Astana (Qazaxıstan) - APOEL (Kipr) 1:0
Colçiyev, 14.
BATE (Belarus) - Partizan (Serbiya) 1:0
Qordeyçuk, 75.
Latsio (İtaliya) - Bayer (Leverkuzen, Almaniya) 1:0
Keyta, 77.
Mançester Yunayted (İngiltərə) - Brügge (Belçika) 3:1
Depay, 13; 43. Fellaini, 94 - Kerrik, 8-avtoqol.
Sportinq (Portuqaliya) - ÇSKA (Rusiya) 2:1
Qutyerres, 12. Slimani, 82 - Dumbia, 40.