Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, keçiriləcək beş oyunla qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.
“Mançester Yunayted” səfərdə “Brügge”nin (Belçika) qonağı olacaq. Öz meydanında keçirilən ilk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn İngiltərə klubu cütün favoriti hesab olunur. Digər oyunlara gəldikdə APOEL (Kipr) öz medyanında "Astana” (Qazaxıstan) ilə qarşılaşacaq. Leverkuzen “Bayer”i “Latsio”nu (İtaliaya), CSKA (Moskva) Portuqaliya “Sportinq”ini, “Partisan” (Serbiya) isə BATE-ni (Belarus) qəbul edəcək.
26 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları
23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan)
İlk oyun - 0:1
23:45. "Partizan" (Serbiya) - BATE (Belarus)
İlk oyun - 0:1
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 0:1
23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:3
23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:2