4 Sentyabr 2015 08:05
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisinin hücumçusu Ueyn Runi yığmasının tarixinə düşə bilər.

30 yaşlı futbolçu "Avro-2016"nın seçmə mərhələsində San Marino ilə keçiriləcək görüşdə fərqlənməklə yeni rekorda imza atacaq.

O, San Marino ilə görüşdə qol vuracağı təqdirdə İngiltərə millisinin heyətində ən çox fərqlənən Bobbi Çarltonun rekordunu təkrarlayacaq. "Mançestyer Yunayted"in forvardı həmin matçda dubl və ya het-trik edəcəyi təqdirdə isə İngiltərə yığmasının ən məhsuldar futbolçusu adını qazanacaq.

Qeyd edək ki, Bobbi Çarlton İngiltərə yığmasında keçirdiyi 106 oyunda vurduğu 49 qolla ən məhsuldar futbolçular siyahısına başçılıq edir. Qari Lineker və Ueyn Runi isə 48 qolla 2-3-cü pillələri bölüşürlər.

/Qol.az/


Müəllif: