5 Sentyabr 2015 21:27
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" sabiq baş məşqçisi Ser Aleks Fergüsson komandanın futbolçusu Ueyn Runi haqda maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis Runinin iki dəfə "Mançester Yunayted"ə keçməkdən imtina etdiyini bildirib:

"Bir gün Cim Rayan gələrək "Everton"da 14 yaşlı istedadlı futbolçu olduğunu söylədi. O, Ueyn Runi idi. Biz dərhal onu transfer etmək istədik. Lakin Runi "Everton"da qalamağı üstün tutdu. Çünki onu komandada çox sevirdilər. Həmçinin o da komandasına bağlı idi. İki il sonra yenidən Runinin transferi üçün "Everton"a müraciət etdik. Ancaq o, yenə də razılıq vermədi. Daha sonra Runinin "Arsenal"la məşhur matçını izlədik. O zaman anladıq ki, Runi "Mançester Yunayted" üçün yaradılıb".

Qeyd edək ki, Runi 2004-cü ildə "Everton"dan "Mançester Yunayted"ə transfer olunub.


Müəllif:

Oxşar xəbərlər