5 Sentyabr 2015 16:13
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Turnir cədvəlindəki vəziyyət Şotlandiyanı daha çox motivə edirdi. Lakin biz yaxşı oynadıq və vacib qələbə qazandıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze "Avro-2016"nın seçmə mərhələsində Şotlandiyaya qalib gəldikləri (1:0) oyundan sonra deyib.

Ölkəsinin mətbuatına danışan Bakı "İnter"inin sabiq çalışdırıcısı futbolçularının efyoriyaya qapılmamalı olduqlarını bildirib:

"Şotlandiyanın 100 faizlik qol imkanı olmadı. Futbolçularıma təşəkkür edirəm. Onlar möhtəşəm oynadı. Təzyiqi bir qədər də artırsaydıq, daha çox qol vurardıq. Futbolçular eyforiyaya qapılmamalıdırlar. Biz bir qələbə ilə kifayətlənməməliyik. Hər zaman futbolçularımı ambisiyalı görmək istəyirəm. Əgər futbolçular sonadək mənimlə olsalar, uğurun ardı gələcək".

Qeyd edək ki, Gürcüstan millisi seçmə mərhələsinin növbəti görüşündə səfərdə İrlandiyanın qonağı olacaq.


Müəllif: