İspaniya La Liqasında "Las Palmas"la görüşdə dizinin orta kollateral bağlaması qırılan "Barselona"nın ulduz futbolçusu Lionel Messinin bərpa prosesi davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Kataloniyanın "Sport" qəzeti məlumat yayıb. 28 yaşlı argentinalının bərpası plan üzrə gedir. O, qoltuqağaclarından qurtulub və sərbəst şəkildə gəzə bilir.
Gözlənilir ki, yaxın iki həftə ərzində Messi həkimlərin nəzarəti altında qaçış işini yerinə yetirəcək.
Daha əvvəl bildirilirdi ki, Leo noyabrın 21-də "Real"la keçiriləcək qarşılaşmaya qədər tam hazır olacaq.
Rüstəm