21 Oktyabr 2015 01:27
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA-nın islahatlarla bağlı xüsusi komissiyası təşkilata üzvlərin qəbulu ilə bağlı bəzi maddələrdə dəyişikliklər etmək istəyir. Apasport.az saytının məlumatına görə, komissiya xüsusi olaraq yaş həddinin tətbiqinə qərar verib.


Belə ki, ali futbol qurumuna üzv olmaq üçün maksimum yaş həddi 74 tətbiq olunacaq. Bundan əlavə istənilən şəxsin prezidentlik müddəti ən çox 12 il olacaq.


Qeyd edək ki, sonuncu FİFA prezidenti Yozef Blatterin 79 yaşı var və o, 1998-ci ildən bu posta rəhbərlik edir. Bu yaxınlarda isə isveçrəli futbol funksioneri öz vzəifəsindən uzaqlaşdırılmışdı.


Müəllif:

Oxşar xəbərlər