25 Dekabr 2015 23:16
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-dən Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir.

AFFA-nın rəsmi saytının məlumatına görə, dekabrın 25-də başa çatmalı olan toplanışın müddəti ayın 30-dək artırılıb.

U-17 Azərbaycan yığması 2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək.


Müəllif: